Qərbin və Avropa İttifaqının Cənubi Qafqaza olan maraqları genişlənməkdədir və bu Rusiya ilə münasibətlərin daha da kəskinləşməsinə zəmin yaradır. Ermənistanın tutduğu riyakar mövqe, Rusiyanı Qərbin və Aİ - nin ayağına verməsi, düşmən qüvvələrin Cənubi Qafqazda yeni - öz mənafelərinə uyğun reallıqlar yaratmaq cəhdi günbəgün artmaqdadır.
Fransa prezidenti Emmanuel Makronun Ermənistanı Rusiyanın təsir dairələrindən çıxarmaq cəhdi nə Nikol Paşinyanın Qərb yönümlü siyasəti, Rusiyadan uzaqlaşmaq meylləri əlbəttə ki, Rusiya ilə bərabər Azərbaycanın da milli maraqlarına, eləcə də imzalanmış üçtərəfli bəyanatların, Brüsseldə, Praqada keçirilən görüşlərdə səsləndirilən fikirlərin tələblərinə ziddir.
Fransanın pozuculuq fəaliyyəti nəinki Rusiyanın, eləcə də Avropa İttifaqının mövqeyinə zərbədir və Azərbaycan - Ermənistan münasibətlərinin normallaşdırılmasına göstərilən səylərin qarşısının alınmasıdır. Şarll Mişelin və Valdimir Putinin təşəbbüslərini demək olar ki, Makron və Paşinyan heçə endirməkdədirlər. Avropa İttifaqı və Rusiya Paris və İravanın məkrli planları qarşısında bir növ aciz qalmışlar.
Rusiya baş verənləri təmkinlə izləyir və yaxşı anlayır ki, Qərbin və Avropanın həyata keçirmək istədiyi reallıqlarda o oyundan kənar vəziyyətdə qalır. Nikol Paşinyanın riyakarlıqları, hərəkətləri, siyasi gedişləri, həm də ölkənin siyasi hakimiyyətinin, rəsmlərinin tutduqları mövqe, açıqlamaları, ikiüzlü bəyanatları Rusiyanın münasibətləri normallaşdırmaq sahəsində vasitəçiliyini pozmaqla, heçə endirməklə bərabər, həm də Moskvanın Cənubi Qafqazdan sıxışdırıb çıxardılmasına yönəldilmişdir.
Bu gün hər bir kəsə aydındır ki, Ermənistan Rusiyaya yox Fransaya arxalanır, üzdə Moskvanın dediklərinə razılığını bildirsə də, arxada öz xəyanətkar əməllərini davam etdirir. Uzun illər ona arxa olan, təhlükəsizliyini təmin edən, çörəyini verən ağasının üzünə ağ olur, onu satır. Paşinyan Rusiyanı satmaqla bərabər, Ermənistanı da hərraca çıxarıb satmaqdadır. Hadisələrin gedişi göstərir ki, bu ona baha başa gələcəkdir. Artıq Moskvanın səbir kasası daşmaqdadır. Sülh müqaviləsi bağlanmasa, imzalanan sənədlərin tələblərinə əməl edilməsə Azərbaycan yenidən hərb yolunu seçər və Ermənistanın varlığına son qoyula bilər.
Tahir Rzayev
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri