FTX kriptovalyuta birjasının qurucusu və keçmiş baş direktoru Sem Bankman-Frid ABŞ-ın şikayətindən sonra Baham adalarında saxlanılıb.
Modern.az BBC-yə istinadla bildirir ki, bu barədə Baham adalarının baş prokuroru Rayan Pinder yazılı açıqlama verib. Baham adalarının Baş naziri Filip Davis isə deyib ki, ölkəsi və Birləşmiş Ştatlar FTX ilə əlaqəsi olan, ictimai rəyi aldatmış və qanunu pozmuş bütün şəxsləri məsuliyyətə cəlb etməkdə ümumi maraqlara malikdir.
Qeyd edək ki, FTX kriptovalyuta birjası noyabr ayında ABŞ-da müflis olması barədə müraciət edib və şirkətin baş direktoru Sam Bankman-Frid istefa verib. FTX rəqibi və dünyanın ən böyük kriptovalyutası “Binance” ilə problemlərdən sonra likvidlik problemləri yaşamağa başlamışdı.