Modern.az

Gömrüklə bağlı mühüm YENİLİK

Gömrüklə bağlı mühüm YENİLİK

Aktual

13 Dekabr 2022, 11:00

Gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün ərzində baxılması və bunun əsasında malların buraxılışı təmin olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində qeyd olunub.

 

Yeni qanun layihəsi malların gömrük sərhəd buraxılış məntəqələrindən buraxılışının, xüsusilə gömrük dəyərinin müəyyən edilməsi zərurəti ilə əlaqədar buraxılışın təkmilləşdirilməsi, bu sahədə gömrük orqanlarının öhdəliklərinin gücləndirilməsi, nəticədə malların daha sürətli keçidinin təmin edilməsi məqsədilə hazırlanıb.

 

Dəyişikliyə əsasən malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışının təmin olunması təklif edilir. Əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?