Modern.az

Rusiyalı jurnalist sərhəddə saxlanıldı

Rusiyalı jurnalist sərhəddə saxlanıldı

Aktual

13 Dekabr 2022, 13:42

Rusiyanın “Zvezda” telekanalının müxbiri Kosovo ilə sərhəddə yerləşən Raska rayonunda saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə adı çəkilən telekanal məlumat yayıb.

Jurnalistin özünün redaksiyaya verdiyi məlumata görə, o, peşə fəaliyyətini yerinə yetirərkən Serbiya polisi tərəfindən saxlanılıb. Saxlanmanın səbəbi və digər hallar hələlik məlum deyil.

Artıq kanalın bütün lazımi sorğuları Rusiyanın Serbiyadakı konsulluğuna göndərdiyi vurğulanır.

Dekabrın 10-da Kosovonun şimalında vəziyyət yenidən gərginləşib. Bildirilib ki, özünü müstəqil elan etmiş Kosovo respublikasının Daxili İşlər Nazirliyi keçmiş polis əməkdaşı, etnik serb Deyan Pantiçi saxlayandan sonra serblər orada barrikadalar qurmağa başlayıblar.

Serbiya prezidenti Aleksandar Vuçiç 11 dekabrı prezidentliyinin ən ağır günü adlandırıb. Həmin gün o, Kosovonun şimalında vəziyyətin gərginləşməsi fonunda Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı