Qırğız Respublikasının Nizami Gəncəvi adına 103 saylı məktəbinin və Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyasının şagird-müəllim heyəti təcrübə mübadiləsi çərçivəsində “STEAM Azərbaycan” layihəsi ilə tanış olmaq məqsədilə Azərbaycanda səfərdədir.
Modern.az xəbər verir ki, səfərin ilk günü nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər. Daha sonra nümayəndə heyəti Bakı Avropa liseyi və Heydər Əliyev adına Müasir Təhsil Kompleksini ziyarət edib, hər iki müəssisənin rəhbərliyi ilə görüşüb, şagirdlər üçün yaradılan şərait, həmçinin müəssisələrdə fəaliyyət göstərən STEAM mərkəzləri ilə tanış olub, ulu öndərin anım gününə həsr olunmuş sənədli film izləyib.