Modern.az

Yoluxanların son statistikası - 2 nəfər öldü

Yoluxanların son statistikası - 2 nəfər öldü

Aktual

13 Dekabr 2022, 16:32

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 64 yeni yoluxma faktı qeydə alınıb, 60 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

 

İndiyədək Azərbaycanda ölkədə ümumilikdə 824 943 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 584 nəfər müalicə olunaraq sağalıb, hazırda 370 aktiv xəstə var. Bu günə qədər 9 989 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 779, bu günə qədər isə ümumilikdə 7 398 046 test icra olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?