Modern.az

Bu ölkədə siqaretin satışı qadağan edildi

Bu ölkədə siqaretin satışı qadağan edildi

Aktual

13 Dekabr 2022, 17:40

Yeni Zelandiya dünyada ilk olaraq gələcək nəsil üçün siqaret çəkməyi qadağan edən qanun qəbul edib.

 

Modern.az "The Guardian"a  istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

 

Bildirilir ki, ölkədə 2009-cu il yanvarın 1-də və ya ondan sonra doğulanlara tütün satılmayacaq.

 

"Minlərlə insan daha uzun yaşayacaq, sağlamlaşacaq və səhiyyə sistemi 5 milyard dollar yaxşılaşacaq, çünki siqaretin səbəb olduğu xəstəlikləri, məsələn: çoxsaylı xərçəng növləri, infarkt, insult, amputasiyaları müalicə etmək məcburiyyətində qalmayacaq", - açıqlamada qeyd olunub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!