Modern.az

Vardanyan Xankəndidə müşavirə keçirdi

Vardanyan Xankəndidə müşavirə keçirdi

Aktual

13 Dekabr 2022, 18:05

Qarabağ separatçılarının qondarma “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan bu gün Xankəndidə yerli “icra strukturları”nın rəhbərlərilə geniş tərkibdə toplantı keçirib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasın mövzusu Laçın yolunun bağlanması olub.


Xankəndini Ermənistanla birləşdirən yolun bağlanması nəticəsində yaranmış vəziyyəti təqdim edən Vardanyan bunun Qarabağ erməniləri üçün kifayət qədər mürəkkəb məsələ olduğunu, eyni zamanda, mövcud problemlərin mütəşəkkil və əlaqələndirilmiş iş yolu ilə həll oluna biləcəyinə əminliyini ifadə edib.

“Yaradılan çətin vəziyyət bizdən birləşməyi tələb edir, yeganə yol birlikdir”, - Ruben Vardanyan bildirib.


O, erməniləri panikaya düşməməyə çağırıb, vəziyyətlə bağlı ermənilərə operativ məlumat verilməsini vacib sayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?