Modern.az

Qanunsuz ov edənlər saxlanıldı

Qanunsuz ov edənlər saxlanıldı

Aktual

14 Dekabr 2022, 11:34

Saylan Rayon Polis Şöbəsinin əməkdaşları dekabrın 13-də Qaraçala kəndi ərazisində qanunsuz ov edən 3 nəfəri saxlayıb.

 

Modern.az xəbər verir ki, onların Şirvan şəhər sakinləri M.Rzayev, T.Eyvazov və Y.Məmmədov olmaları məlum olub.

 

M.Rzayevdən müvafiq sənədləri olan “ATA ARMS” markalı, T.Eyvazovdan isə qanunsuz saxladığı “İJ” markalı ov tüfəngləri götürülüb.

 

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları isə həmin gün “Ceyrançöl” adlanan ərazidə qanunsuz ov edən Keçili kənd sakini Ş.Abbasov və Cəlilabad rayon sakini H.Abbasovu saxlayıb. Onlardan müvafiq sənədləri olan 2 ədəd “TOZ” markalı ov tüfəngi və 35 ədəd patron götürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?