Modern.az

GDU-da Həsən Əliyevin yubileyi keçirilib - FOTOLAR

GDU-da Həsən Əliyevin yubileyi keçirilib - FOTOLAR

Aktual

14 Dekabr 2022, 16:22

Gəncə Dövlət Universitetində görkəmli alim, ictimai xadim, akademik Həsən Əliyevin anadan olmasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq akademik Həsən Əliyevin həyat və fəaliyyəti barədə ətraflı danışıb, alimlə bağlı xatirələrini bölüşüb.

 

Qeyd edib ki, həyat və fəaliyyətinin bir hissəsi Gəncə şəhəri ilə bağlı olan akademik Həsən Əliyev ömrünü Azərbaycan elminin inkişafına, əsasən təbiətin, ətraf mühitin qorunmasına həsr edib.

 

Tədbirdə universitetin Botanika kafedrasının müdiri, professor Vaqif Novruzov görkəmli alimin xalqa, vətənə göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, akademik Həsən Əliyev təbiətşünas və coğrafiyaçı, torpaqşünas və ekoloq kimi həm Azərbaycanda, həm də dünya miqyasında tanınmışdır. Təbiət vurğunu olan Həsən Əliyevin fəaliyyətində ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadəyə xüsusi önəm verilib.

 

Tədbirdə Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova, Tarix-coğrafiya fakültəsinin baş müəllimi Seymur Xəlilov və digər natiqlər çıxış edərək görkəmli alimin coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin inkişafında  müstəsna xidmətlərindən danışıblar. Qeyd edilib ki, Həsən Əliyevin elmi yaradıcılığı müasir dövrdə ən mühüm qlobal məsələ olan təbiətin bütövlüyünün qorunmasına və bioloji müxtəlifliyin mühafizə olunmasına həsr edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?