Modern.az

Son sutkada 304 nəfərə vaksin vurulub

Son sutkada 304 nəfərə vaksin vurulub

Aktual

14 Dekabr 2022, 17:48

Azərbaycanda son sutkada 304 nəfər aşılanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Gün ərzində birinci doza vaksinlərin sayı 89, ikinci doza vaksinlərin sayı 55 təşkil edib.

 

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 134-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 26 olub.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 926 542 olub.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?