Modern.az

Neft zavodunda yanğın - Ölənlər və yaralılar var

Neft zavodunda yanğın - Ölənlər və yaralılar var

Aktual

15 Dekabr 2022, 08:10

Rusiyanın Anqarsk şəhərində neft emalı zavodunda 2,5 min kvadratmetr sahədə yanğın baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsinin mətbuat xidmətindən bildirilib.

 

Məlumata əsasən, yanğın nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.

 

Hadisə yerinə məhkəmə-tibb ekspertləri gəlib. İstintaq zamanı texniki və digər sənədlər götürülür, zəruri ekspertizalar təyin edilir, şahidlər dindirilir.

 

Yanğının səbəbi barədə məlumat verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?