Modern.az

İrandakı etirazlarda ölənlərin sayı 500-ə ÇATIR

İrandakı etirazlarda ölənlərin sayı 500-ə ÇATIR

Aktual

15 Dekabr 2022, 08:17

İranda keçirilən etiraz aksiyalarında 494 nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqram kanalında məlumat yayıb.

 

Bildirilib ki, ölənlərin 68-nin yaşı 18-dən az olan şəxslərdir.

 

Məlumata görə, aksiyalarda 18 426 nəfər həbs olunub. Onlardan 3 861 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Həbs olunan 636 nəfər tələbədir. Nümayişlərə 144 universitetin tələbələri qoşulub.

 

Eyni zamanda ölkənin 161 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 62 nümayəndəsi öldürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?