Modern.az

Moskva-Gəncə təyyarəsi məcburi eniş etdi

Moskva-Gəncə təyyarəsi məcburi eniş etdi

Aktual

15 Dekabr 2022, 12:23

Moskva-Gəncə təyyarəsi hava limanına məcburi eniş edib.

 

Bu barədə Modern.az-a “Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, "Utair" aviaşirkətinin Moskva-Gəncə marşrutu üzrə reys həyata keçirən hava gəmisinin kapitanı təyinat yerini bürüyən dumanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

 

Boeing 737 təyyarəsi yerli vaxt ilə saat 10:42-də Bakı hava limanına eniş edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?