Modern.az

Qazın kəsilməsi ilə bağlı məlumatlar feykdir – Ceyhun Bayramov

Qazın kəsilməsi ilə bağlı məlumatlar feykdir – Ceyhun Bayramov

Aktual

15 Dekabr 2022, 18:00

Azərbaycan tərəfi lazım olarsa, Qarabağda yaşayan ermənilərə humanitar dəstək göstərə bilər. 


Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

 

Nazir bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə təbii qazın Azərbaycan tərəfindən kəsilməsi ilə bağlı açıqlamalar feykdir.

 

XİN başşısı “Azəriqaz”ın bununla bağlı açıqlama yaydığını xatırladıb.

 

“Problem varsa, araşdırılmalı və qarşısı alınmalıdır. Azərbaycan tərəfi problem yaratmayıb. Hava şəraiti sərt keçən digər ərazilərimizdə də qaz təchizatı ilə bağlı problem yaşanıb. Bu, yeni hal deyil. Əgər yerli əhali ilə dövlət qurumları arasında əlaqə olsaydı, məsələ vaxtında həll olunardı. İndi onlar dramatizmi artırmaq üçün Azərbaycan tərəfi ilə ünsiyyətdən yayınırlar”, - nazir əlavə edib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?