Modern.az

Dekabr ayının pensiyaları ödənildi 

Dekabr ayının pensiyaları ödənildi 

Aktual

15 Dekabr 2022, 19:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə dekabr ayının pensiya ödənişini yekunlaşdırıb.

 

Modern.az xəbər verir ki, dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin dekabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

 

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?