Modern.az

Nəsiman Yaqublu Şuşa haqqında kitab yazdı

Nəsiman Yaqublu Şuşa haqqında kitab yazdı

Aktual

16 Dekabr 2022, 09:44

Nəsiman Yaqublunun Şuşa haqqında kitabı nəşr edilib.

 

Modern.az xəbər verir ki, tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun “Şuşa ziyalıları:unudulmuş irs” kitabı nəşr edilib.

 

Kitabda mühacirətdə yaşamış Azərbaycanın görkəmli şəxsiyyətlərinin oxuculara geniş məlum olmayan yazıları toplanıb. Qeyd edək ki, Əhməd Ağaoğlunun, Ceyhun Hacıbəylinin, Hüseyn Baykaranın, Hilal Münşinin, Abay Dağlının, Hüseyn Mirzəcamalbəyovun mühacirətdə nəşr edilən qəzet və jurnallarda çox dəyərli məqalələri vardır. Həmin yazılardan bir qismi bu kitabda oxuculara təqdim olunur.

 

Kitabdakı yazılardan humanitar elmlər sahəsində çalışanlar, magistratura sahəsində təhsil alan tələbələr, media mənsubları faydalana bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?