Modern.az

Kiyev yenə raketlə vuruldu

Kiyev yenə raketlə vuruldu

Aktual

16 Dekabr 2022, 13:10

Rusiya ordusu tərəfindən atılan raketlərdən biri Ukraynanın paytaxtı Kiyev şəhərinə düşüb.

 

Modern.az xəbər verir ki, paytaxt meri Vitali Kliçko şəhərdə partlayışın baş verdiyini bildirib. Onun sözlərinə görə, partlayış paytaxtın sol sahilində qeydə alınıb.

 

"Şəhərin Desnyanski rayonunda partlayış səsləri eşidilib. Hazırda bütün xidmətlər həmin yerə göndərilib", - mer deyib.

 

Gün ərzində Kiyev istiqamətinə bir neçə raketin atıldığı qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır