Azərbaycanda Rusiya sülhməramlılarına münasibət mənfidir.
Modern.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrində qeyd olunub.
Belə ki, Sosial Tədqiqatlar Mərkəzi “Rusiya sülhməramlılarının Qarabağda qalmaq müddəti ilə bağlı nə düşünürsünüz” sualı ilə Azərbaycan əhalisinə müraciət edib.
Respondentlərin 81,8 faizi Rusiya sülhməramlılarına mənfi münasibət bildirib. Rəyi soruşulanların 11,3 faizi bu suala cavab verməkdə çətinlik çəkib.
Qeyd edək ki, rəy sorğusu telefonla müsahibə formasında aparılıb və 12 iqtisadi rayonu əhatə edib.