İrəvan üçtərəfli görüşdən imtinasını diplomatik kanallarla çatdırmayıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.
"İrəvan XİN başçılarının Moskvadakı görüşündə iştirak etməkdən imtina barədə qərarını çatdırmaq üçün diplomatik kanallardan istifadə etməyib", - Lavrov söyləyib.
O, Ermənistanın bu addımından təəssüfləndiyini bildirib.
Qeyd edək ki, Rusiya XİN-nin məlumatına görə, dekabrın 23-də Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi planlaşdırılırdı. Lakin İrəvan nazirlərin üçtərəfli görüşündə iştirakdan imtina edib.