Modern.az

Alimpaşa Məmmədovun işini başqa hakim araşdıracaq

Alimpaşa Məmmədovun işini başqa hakim araşdıracaq

Aktual

27 Dekabr 2022, 11:45

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəməyə sədrlik edən hakim dəyişdirilir.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, dəyişikliyə səbəb cinayət işinə sədrlik edən hakim Nural Əliyevin apellyasiya instansiyası məhkəməsinə təyinat alması olub.

 

Alimpaşa Məmmədovun işinin yaxın vaxtlarda Gəncə Ağır Cinayətlər Məhkəməsinin başqa hakiminin icraatına veriləcəyi gözlənilir.

 

Qeyd edək ki, hakim Nural Əliyev bir neçə gün əvvəl Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?