Modern.az

Polis 14000-dən çox partlayıcı aşkarladı - FOTO

Polis 14000-dən çox partlayıcı aşkarladı - FOTO

Aktual

27 Dekabr 2022, 13:43

Sağlamlığı zərər vuran, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Polis əməkdaşları tərəfindən paytaxtın Qaradağ, Suraxanı, Sabunçu rayonlarında keçirdikləri tədbirlərlə müxtəlif çeşidlərdə 14000-dən artıq yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

 

Satışı təşkil edən şəxslər məsuliyyətə cəlb edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Sizə yeni x var
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər