Modern.az

Dünən Əliyev və Paşinyanla üçlükdə görüşdük - PUTİN

Dünən Əliyev və Paşinyanla üçlükdə görüşdük - PUTİN

Aktual

27 Dekabr 2022, 14:46

Rusiya lideri Vladimir Putin dünən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçlükdə görüşdüyünü açıqlayıb.
 

Modern.az bu barədə "Sputnik Armenia"ya istinadən xəbər verir.
 

"Biz sizinlə müzakirələrə dünəndən başlamışıq. Dünən üçlükdə danışmağa nail olduq. Razılaşdığımız kimi, bütün detalları müzakirə edək", - deyə Putin bildirib.
 

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov üçtərəfli görüşün nəzərdə tutulmadığını söyləmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!