Modern.az

Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır

Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır

Aktual

27 Dekabr 2022, 15:38

Prezident İlham Əliyevin ilin sonunda Bolqarıstana səfəri xüsusi əhəmiyyət daşıyır.

 

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

 

"Ölkə başçısının Bolqarıstana rəsmi səfəri, Sofiyada keçirilən görüşlər, o cümlədən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi bir daha Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə əlaqələrinin strateji məzmun daşıdığını göstərib. Eyni zamanda dekabrın 17-də Buxarestdə keçirilən görüşlər Azərbaycanı Avropanın etibarlı tərəfdaşı edib", - XİN rəhbəri bildirib.

 

C. Bayramov Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandığını xatırladıb:

 

“Oktyabrın 1-də Sofiyada Yunanıstan-Bolqarıstan qaz kəmərinin açılışı keçirilib. Dekabrın 16-da ARDNŞ və “RomQaz” arasında Rumıniyaya qaz ixracına dair müqavilə imzalanıb və gələn il yanvarın 1-dən Rumıniyaya Azərbaycan qazı ixrac olunacaq. Bununla da Azərbaycandan Avropanın 4-cü ölkəsinə qaz ixracı başlayacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?