Azərbaycan tərəfi Xankəndidə humanitar böhran iddiasını qəbul etmir.
Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində ilin yekunların dair keçirilən mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
Nazir Qarabağ erməniləri ilə bağlı "qaynar xətt"in yaradıldığını vurğulayıb:
"Bizdə olan məlumata görə, onlardan gələn əsas məlumatlar iki istiqamətdədir. Onlar bildirir ki, orada özünü məsul şəxs kimi göstərən adamdan narazıdırlar. Digər tərəfdən, yolun hansı istiqamətdə bağlı olmasını soruşurlar. Digər iddia olunanlar qarşı tərəfin təxribatlarıdır".