Modern.az

Neft cüzi bahalaşdı

Neft cüzi bahalaşdı

Aktual

28 Dekabr 2022, 09:38

Dünya bazarında neftin qiyməti bir qədər bahalaşıb. Treyderlər Çində koronavirus məhdudiyyətləri yumşaldıqdan sonra tələb artımı perspektivini də qiymətləndirirlər.

 

Modern.az xəbər verir ki, Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0,24% artaraq 84,88 dollar/barelə, WTI markalı neftin fevral fyuçerslərinin qiyməti 0,14% artaraq 79,64 dollar təşkil edib.

 

Qeyd edək ki, Çinin səhiyyə komitəsi hökumətin yanvarın 8-dən etibarən koronavirus məhdudiyyətlərini yumşaltmağı planlaşdırdığını açıqlayıb. Xüsusilə ölkəyə daxil olanlar üçün karantin rejimi ləğv ediləcək.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır