Modern.az

Təzyiqlər nəticə verdi - Bu, hələ başlanğıcdır

Təzyiqlər nəticə verdi - Bu, hələ başlanğıcdır

Aktual

28 Dekabr 2022, 21:58

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qeyri-qanuni olaraq faydalı qazıntılar hasil edən “Base Metals” şirkətinin rəhbərliyi mədənlərin fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib. Şirkət fəaliyyəti ilə bağlı ekoloji ekspertiza keçirmək üçün beynəlxalq təşkilatlara müraciət edəcəyini açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, Azərbaycanın sərvətlərini talayan şirkətin qərarına münasibət bildirən politoloq Elxan Şahinoğlu hesab edir ki, erməni separatçıları yataqlarımızda qanunsuz çalışmalara ara vermək məcburiyyətində qalıblar.

 

"Qızıl və mis yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkəti fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb. Təzyiq nəticə verib, ancaq bu, hələ başlanğıcdır, güzəştə getmək olmaz, çünki ermənilər hiyləyə əl atıblar, ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət ediblər. Bizim tələbimiz bu deyil, monitorinqi özümüz keçirməliyik, hətta monitorinqə şərait yaradılsa belə, yolda hərbçilərimizin nəzarət postu olmalı, daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamalıdır", - Elxan Şahinoğlu vurğulayıb.

 

Qeyd edək ki, "Base Metals" İsveçrədə rəsmi qeydiyyatdan keçmiş "Vallex Group"un törəmə şirkətidir. “Vallex Group” şirkətinin investoru, İsveçrə vətəndaşı Vartan Sirmakes və şirkətin rəhbəri Valeri Mejlumyan, “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib.

 

Onu da xatırladaq ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa - Laçın yolunda aksiya keçirirlər.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?