Modern.az

“Bakcell”dən nəqliyyat üçün ağıllı həllər  

“Bakcell”dən nəqliyyat üçün ağıllı həllər  

Aktual

29 Dekabr 2022, 17:06

Bakcell şirkəti korporativ abunəçilərinə nəqliyyat vasitələri üçün ağıllı həllərdən istifadə etmək imkanı yaradır.

 

Modern.az xəbər verir ki, “GPS+” adlanan bu yeni xidmət şirkət və təşkilatlara məxsus nəqliyyat vasitələrinin GPS izlənməsini təmin edir.

 

Xidmətə qoşulan korporativ abunəçilər nəqliyyat üçün nəzərdə tutulan ağıllı həllərdən istifadə etməklə onun yerləşdiyi yer, sürəti, yanacaq sərfiyyatı, işləmə rejimi və səyahət etdiyi məsafəyə 24 saat ərzində nəzarət edə biləcəklər.

 

Monitorinq korporativ avtomobillərə quraşdırılan GPS avadanlığı vasitəsilə həyata keçirilir. 

 

Xidmət barədə ətraflı məlumat üçün //business.bakcell.com/az/smart-solutions-for-transport  səhifəsinə daxil olun.

 

Bakcell şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərən korporativ abunəçilərini üstün mobil rabitə xidmətləri və texnoloji həllərlə təmin edir. 

 

2022-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?