Modern.az

Pelenin ölüm səbəbi məlum oldu

Pelenin ölüm səbəbi məlum oldu

Aktual

30 Dekabr 2022, 08:40

Üçqat dünya çempionu Pele xərçəng səbəbilə daxili orqanların çatışmazlığından dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə onun müalicə aldığı Albert Eynşteyn klinikası məlumat yayıb.

 

“Albert Eynşteyn Klinikası Pelenin 29 dekabr tarixində saat 15:27-də proqressiv xərçəng fonunda çoxsaylı orqan çatışmazlığından ölməsi xəbərini acı bir şəkildə təsdiqləyir”, - məlumatda deyilir.

 

Qeyd edək ki, 1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. Pele karyerası ərzində 1279 qolla Ginnessin Rekordlar Kitabına düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?