Modern.az

145 avtobus tıxacda qalıb

145 avtobus tıxacda qalıb

Aktual

30 Dekabr 2022, 09:10

Paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 37 müntəzəm marşrut xətti üzrə 145 avtobusun hərəkət intervalında gecikmələr var.

 

Bu barədə Modern.az-a Vahid Dispetçer Xidmətindən bu gün səhər pik saatlarına olan məlumata əsasən bildirilib.

 

Məlumata görə, yollardakı tıxac səbəbindən aşağıdakı avtobus marşrutları gecikmə ilə hərəkət edir:

 

1. Badamdar şosesi, Mikayıl Müşviq küçəsi Parlament prospekti ilə kəsişməyə qədər 3, 29, 31, 53, 206 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə müşahidə olunur.

 

2. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə müşahidə olunur.

 

3. Heydər Əliyev prospekti şəhər istiqamətində (Bağirov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-12 dəqiqə gecikmə müşahidə olunur.

 

4. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-17 dəqiqə gecikmə müşahidə olunur.

 

5. Xocalı prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev pr istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-11 dəqiqə gecikmə müşahidə olunur.

 

6. Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

 

7. Babək prospekti – şəhər istiqamətində 30, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-11 dəqiqə gecikmə müşahidə olunur.

 

8. Aeroport şosesi –Koroğlu metrosu istiqamətində 204, Q1 ,160 ,62 ,24 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur.

 

9. Mikayıl Useyinov prospekti Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127, 205 və E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-19 dəqiqə gecikmə müşahidə olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?