Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo Braziliya millisinin sabiq oyunçusu, üçqat dünya çempionu Pelenin vəfatı ilə bağlı instaqram hesabında paylaşım edib.
Modern.az xəbər verir ki, futbolçu Pelenin ölümündən kədərləndiyini bildirib.
“Bütün Braziliyaya, xüsusən də cənab Edson Arantes do Nascimentonun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Hazırda bütün futbol dünyasını əhatə edən ağrını ifadə etmək çox çətindir. Pele milyonlarla insan üçün ilham və əbədi olaraq bir istinad idi. Onun mənə həmişə göstərdiyi məhəbbət və uzaqdan da olsa, paylaşdığımız hər an qarşılıqlı idi. O, heç vaxt unudulmayacaq və xatirəsi hər bir futbolsevərimizdə əbədi yaşayacaq. Rahat yat, Kral Pele”,- deyə Ronaldo bildirib.
Qeyd edək ki, 1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. Pele karyerası ərzində 1279 qolla Ginnessin Rekordlar Kitabına düşüb.