Modern.az

DİN: Polis bayramda fasiləsiz çalışacaq

DİN: Polis bayramda fasiləsiz çalışacaq

Aktual

30 Dekabr 2022, 14:56

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının keçiriləcəyi günlərdə vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, rahat və maneəsiz istirahət etmələri, eləcə də onların bayram ovqatlarının pozulmaması üçün Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimindəki xidmətlərini davam etdirəcəklər.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətidən bildirilib.

 

Həmin günlərdə polis əməkdaşları ictimai yerlərdə və insanların kütləvi istirahət etdikləri məkanlarda, xüsusən bayram tədbirlərinin keçiriləcəyi ərazilərdə təhlükəsizliyin daha da yüksək səviyyədə təmin edilməsi məqsədilə zəruri olan tədbirləri həyata keçirəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı