Modern.az

"Azəriqaz" gücləndirilmiş rejimdə işləyəcək

Aktual

30 Dekabr 2022, 16:11

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

 

Bu barədə Modern.az-a “Azəriqaz”dan bildirilib.

 

Məlumata görə, 31 dekabr - 4 yanvarda Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Müştəri xidməti şöbəsinin əməkdaşları Abşeron, Mərdəkan, Sabunçu xidmət sahələrində və BRQSD-nın inzibati binasında vətəndaşlara xidmət göstərəcəklər.

 

24/7 rejimində fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinin fəaliyyəti gücləndiriləcək.

 

Qaz təsərrüfatına dair abonentləri narahat edən hər hansı məqam olarsa, 104/185 Çağrı Mərkəzinə zəng edə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə yazmaqla məlumat verə bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?