Bu gündən Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Xidməti informasiya yayıb.
Məlumata görə, güclü duman səbəbindən Bosfor boğazı hər iki tərəfə keçid üçün bağlanıb:
"Bildiririk ki, hava şəraiti yaxşılaşdıqdan sonra hərəkət bərpa olunacaq".