Modern.az

Sabah hava dumanlı olacaq 

Sabah hava dumanlı olacaq 

Aktual

1 Yanvar 2023, 12:12

Yanvarın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, gecə bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 55-60 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3°-dək şaxta olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?