Modern.az

Çavuşoğlu Braziliyada həmkarları ilə görüşdü

Çavuşoğlu Braziliyada həmkarları ilə görüşdü

Aktual

1 Yanvar 2023, 14:35

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliyadadır.

 

Modern.az xəbər verir ki, nazir səfər çərçivəsində bu ölkənin xarici işlər naziri vəzifəsinə yenidən təyin olunan Mauro Vieira, Qvatemala xarici işlər naziri Mario Adolfo Bucaro Flores və Qabon xarici işlər naziri Maykl Musso Adamo ilə ayrı-ayrılıqda görüşüb.

 

Braziliyada ilk görüşünü yenidən ölkənin xarici işlər naziri vəzifəsinə təyin olunan Vieira ilə keçirdiyini bildirən Çavuşoğlu ikinci görüşünün qvatemalalı həmkarı Floreslə olduğunu bildirib:

 

“İqtisadiyyat, müdafiə sənayesi və mədəniyyət sahələrində əlaqələrimizi inkişaf etdirəcəyik” - deyə Çavuşoğlu bildirib.

 

Nazir Çavuşoğlu qabonlu həmkarı Adamo ilə 2022-ci ilin son ikitərəfli görüşünü keçirdiklərini söyləyib.

 

“Biz müdafiə sənayesi və iqtisadi əlaqələrimizi və nazirliklərimiz arasında əməkdaşlığı müzakirə etdik”- deyə, o məlumat verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?