Modern.az

Balasanyanın yerinə gətirilən “Çolka” cəmi 9 gün işlədi

Balasanyanın yerinə gətirilən “Çolka” cəmi 9 gün işlədi

Aktual

16 Yanvar 2023, 12:18

Qarabağdakı separatçıların qondarma "Təhlükəsizlik Şurası"nda yenə kadr dəyişikliyi olub.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, 9 gün əvvəl "Təhlükəsizlik Şurasının katibi" təyin olunan Ararat Melkumyan vəzifəsindən kənarlaşdırılıb.

 

Onun yerinə Samvel Şaqramanyan gətirilib. Melkumyan isə əvvəllər çalışdığı "Milli Təhlükəsizlik Xidməti"ndəki işinə geri qaytarılıb. Belə ki, o, "katib" təyin edilənə qədər müavini olduğu "MTX sədri" Aşot Akopcanyanı əvəzləyib. 

 

Qeyd edək ki, A.Melkumyan Vitali Balasanyanın "katib" vəzifəsindən azad edilməsindən sonra bu posta təyin olunmuşdu.

 

Polkovnik rütbəsi daşıyan Ararat Melkumyan qarabağ erməniləri arasında “Çolka”  ləqəbi ilə tanınır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?