Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld kibertəhlükəsizlik mütəxəssisləri ilə görüş keçirib.
Modern.az xəbər verir ki, səfir bu barədə tviter səhifəsində paylaşım edib.
"Azərbaycanın aparıcı kibertəhlükəsizlik ekspertləri ilə görüşüb, Böyük Britaniyanın təcrübəsini müzakirə etmək xoş oldu", - deyə Auld yazıb.
