Modern.az

Tükiyəli nazir: Azərbaycan xəttini iki qat gücləndirəcəyik

Tükiyəli nazir: Azərbaycan xəttini iki qat gücləndirəcəyik

Aktual

17 Yanvar 2023, 10:56

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ölkəsinin enerji siyasətindəki yeniliklər barədə açıqlama verib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, nazir bu barədə Macarıstana səfəri çərçivəsində keçirilən birgə iqtisadi komissiyanın iclasında danışıb.

 

''Türkiyə enerji sahəsində mərkəz olmaq yolunda qərarlı addımlarla irəliləyir. Bilirsiniz, Azərbaycandan gələn xəttin gücünü gələcəkdə iki qat artıracağıq. Trakyada yeni terminalın hazırlıqları bitmək üzrədir. Buradan da ölkəmizə qaz gəlməyə başlayacaq. Son zamanlarda Qara dənizdə təbii qaz kəşf etmişik", - deyə Varank qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?