Modern.az

Mirzoyan dəhlizlə mina daşınmasını boynuna almadı

Mirzoyan dəhlizlə mina daşınmasını boynuna almadı

Aktual

20 Yanvar 2023, 16:39

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Laçın dəhlizi ilə mina daşınmasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Mirzoyan bu barədə "Armenpress"ə müsahibəsi zamanı danışıb.

 

O, faktı təkzib edib.

 

"Ermənistan yalnız öz suveren ərazilərində və özünümüdafiə məqsədi ilə minalama həyata keçirir", - deyə XİN başçısı söyləyib.

 

Mirzoyanın sözlərinə görə, hərbi eskalasiya ehtimalı xeyli yüksəkdir.

 

Qeyd edək ki, Azərbaycan Laçın dəhlizi vasitəsilə Ermənistan istehsalı olan minaların daşınması ilə bağlı faktlar aşkarlayaraq buna son qoyulmasını tələb etmişdi. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi