Modern.az

Rusların neçə maşını aksiya ərazisindən keçib?

Rusların neçə maşını aksiya ərazisindən keçib?

Aktual

28 Yanvar 2023, 23:54

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

 

Modern.az xəbər verir ki, yanvarın 28-də Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 38 təminat və minik avtomobili maneəsiz keçib.

 

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

 

Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı