Modern.az

Türkiyədəki səfirliyimizdən zəlzələ AÇIQLAMASI

Türkiyədəki səfirliyimizdən zəlzələ AÇIQLAMASI

Aktual

6 Fevral 2023, 09:57

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Ankaradakı səfirliyində operativ qərargah yaradılıb.


Bunu Modern.az-a Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva bildirib.

 

“Azərbaycanın Türkiyədəki səfirliyində mövcud vəziyyətlə bağlı operativ qərargah yaradılıb. Zəlzələ nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı dəqiqləşdirmələr aparılır. Gün ərzində əldə etdiyimiz məlumatları paylaşacağıq”, - deyə səfirlik rəsmisi vurğulayıb.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?