Modern.az

Ordumuz İranla Ermənistanın təxribatına hazırdır: vay onların halına!

Ordumuz İranla Ermənistanın təxribatına hazırdır: vay onların halına!

Aktual

9 Fevral 2023, 14:17

Ermənistan və İranın Azərbaycana qarşı hərbi təxribata hazırlaşdığı deyilir. Yerli mətbuatda yayılan xəbərlərə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 nəfərlik qrupu təxribat məqsədi üçün ayrılıb. Ehtimal edilir ki, separatçılarla birlikdə həyata keçiriləcək təxribatların istiqaməti Laçın və Qubadlı olacaq.

 

Bu barədə Modern.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib ki, təxribatların hansı istiqamətdə olacağını demək qeyri-ciddidir. 

 

O fikirlərini belə əsaslandırıb: “Ermənistanın İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə birlikdə təxribat hazırlaması ilə bağlı məsələ yeni deyil. Zaman-zaman belə təxribatların şahidi olmuşuq. Bu gün də təxribatlar ola bilər. Amma təxribatın törədiləcəyi istiqamətləri konkret demək qeyri-ciddi səslənir. Mən indiki həssas məqamda Ermənistanın buna risk edəcəyini düşünmürəm. Ermənistan tərəfi vəziyyətin onun üçün elə də ürəkaçan olmadığının fərqindədir. Doğrudur, bundan öncə də təxribatlar olub, olur və bundan sonra da olacaq.  Sadəcə olaraq, biz təxribatların qrup şəklində, yaxud atəşkəsin pozulması şəklindəmi olub-olmayacağı ilə bağlı düşünməliyik. İşlərimizi məhz buna uyğun qurmalıyıq. Bəzi mətbuat orqanlar özünə diqqət cəlb etmək üçün belə informasiyaları dövriyyəyə buraxır. Açığı deyim, mən belə informasiyalara baxmıram. Orada sanki ssenari yazırlar. Azərbaycan əsgərlərinin forması ilə hücuma keçib, erməniləri öldürəcəklərini, bunu da videoya çəkəcəklərini yazırlar. Ermənilər o qədər səfehdirlər ki, SEPAH-ın əsgərlərinin gəlib onları öldürməsinə imkan versinlər. Burada kino çəkirlər?”.

 

 

Hərbi ekspert erməni revanşistlərin Türkiyədə zəlzələdən sonra yaranmış vəziyyətdən istifadə edərək, Qarabağa hücumla bağlı çıxışlarına da münasibət bildirib. Onun fikrincə, belə təhdidlər mənasızdır və ciddiyə almaq lazım deyil:

 

“Revanşistlərin belə təklifləri mənasızdır. Mən başa düşmürəm ki, Türkiyənin dar günündən istifadə etməyi düşünməklə nəyə eyham vururlar? Axı, Türkiyə Azərbaycanın əvəzinə onun torpaqlarını qorumurdu. Türkiyə Azərbaycana sadəcə olaraq, maddi, mənəvi dəstək göstərirdi. Bu gün də həmin dəstək davam edir. Azərbaycan Silahlı Qüvvələri tam hazır vəziyyətdədir. Baş Qərargah rəisi ötən həftələrdə hərbi hissələrin şəxsi heyətləri ilə görüşdü. Müəyyən işlərlə maraqlanıb, tapşırıqlar verdi. Hərbçilərimizin hamısını Türkiyədəki zəlzələnin fəsadlarının aradan qaldırılması üçün göndərməmişik. Bir sözlə, revanşist qüvvələr çox söz deyə, sayıqlaya bilərlər. İndiki həssas məqamda insanlar çox qəzəblidir. Baş verən faciənin fonunda insanlarda nifrət hissi daha da güclənib. Təxribata cəhd etmək üçün ağılsız olmaq lazımdır. Digər tərəfdən Paşinyan Ərdoğana zəng edir, başsağlığı verir, fürsətdən istifadə edib, iki ölkənin münasibətlərini yumşaltmaq istəyir. Belə halda revanşist qüvvələr nəyəsə nail olmaq barədə düşünürlərsə, vay onların halına! Lap onlar təxribat törətdilər, axırı necə olacaq? Ardını gətirə biləcəklər?".

 

Hərbi ekspert Laçın yolundakı aksiyalarla bağlı da fikirlərini bölüşüb:

 

"İki gündür ki, Ruben Vardanyanın Moskvaya qaçması, Laçın dəhlizindəki aksiyalarla bağlı bleflər yaradırlar. Ancaq son günlər Rusiya sülhməramlılarının aktivləşdiyi görünür. Maşınların sayı həddindən artıq çoxdur. Sadəcə olaraq, rus generalları ermənilərin pulundan yararlanıb, özləri üçün əməlli-başlı biznes qururlar. Artıq 60 gündür ki, Laçın yolunda aksiya keçirilir. Nəticə nə olacaq? Mən açıq deyirəm ki, bölgədə postlar qurulmadıqca, həm Arayik Arutyunyan, həm də Ruben Vardanyan istədiyi kimi gedib gələcəklər. Mən düşünmürəm ki, Ruben Vardanyan Moskvanın tapşırığını yerinə yetirməmiş ora qaçsın. Onun dərisini boğazından soyarlar. O sadəcə yeni tapşırıqlar almaq üçün Moskvaya gedib. Yenə də deyirəm ki, bütün bunların qarşısını almaq üçün Laçın yolunda postlar qurmalıyıq. Orada sərhəd və ya gömrük postunu qurduğumuza görə kiminsə bizə nəsə deməyə nə mənəvi, nə də hüquqi haqqı var".

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?