Modern.az

O dəhşətli gecəni necə unutmaq olar... - VACİB MƏQAM

O dəhşətli gecəni necə unutmaq olar... - VACİB MƏQAM

Aktual

11 Fevral 2023, 13:43

Türkiyədə baş vermiş zəlzələ minlərlə insanın ölümü və yaralanmasına səbəb olub. Dəhşətli hadisədən 6 gün keçsə də, dağıntılar altında qalan yüzlərlə insan xilas olunacağı anı gözləyir. Bir anda fəlakət yaşayan qardaş ölkədə lentə alınan görüntülər qan dondurur. Kimi övladını, kimisi də valideynlərini itirib, bir çox ailələr isə tamamilə məhv olub.

 

Fotolardan gördüyümüz mənzərə insanın ürəyini parçalayır. Faciəvi gecənin şahidi olan insanların nələr yaşadığını təsəvvür etmək belə dəhşətlidir. Zəlzələdən zərərçəkənlər ağrı-acılı günləri hələ uzun müddət unuda bilməyəcəklər.

 

Psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev Modern.az-a bildirib ki, təbii fəlakətlər təkcə maddi ziyan vurmur, həm də insanların psixikasında dərin izlər buraxır:

 

“Təbii fəlakətlər, zəlzələlər insan psixikasında dərin izlər buraxan travmatik hadisə kimi qiymətləndirilir. Təbii fəlakətin əsas xarekterik xüsusiyyəti onun qəfildən baş verməsidir. Hadisə qəfil baş verdiyi üçün onun şok yaratma effekti daha yüksək olur. İnsanlar ilk başda hadisəni qəbul edə bilmirlər. Bu da onlarda stress, post tavmatik stress yaradır. Zəlzələ zamanı yalnız maddi, mənəvi ziyan yaranmır. Eyni zamanda insan psixikasında dəyişikliklər meydana gəlir. Belə insanların psixikasını əvvəlki vəziyyətə qaytarmaq, ona dəyən maddi, mənəvi zərəri aradan qaldırmaqdan daha çətindir”.

 

M.Mustafayevin sözlərinə görə, zəlzələdən çərərçəkənlərə dərhal psixoloji dəstək göstərilməlidir:

 

“İstənilən ölkədə zəlzələdən əziyyət çəkən insanlara maddi-mənəvi dəstəklə yanaşı, psixoloji dəstəyin göstərilməsinə də önəm verilir. Bəzi mütəxəssislərin fikrincə, psixoloji dəstək fəlakət baş verən ilk anlardan verilməlidir. Bir həftə ərzində bu proses intensiv şəkildə getməlidir”.

 

Müsahibimiz qeyd edib ki, zəlzələdən zərərçəkən insanların yaxınları və zəlzələdən əziyyət çəkmiş şəxslərin üzərində psixoterapevtik proseslər həyata keçirilməlidir. Psixoterapevtik iş insanlarda yaranmış stress və postravmatik stressin aradan qaldırılmasına effektiv təsir göstərə bilər. Bu baxımdan zəlzələdən sonra bir sıra məsələlərə xüsusi diqqət yetirmək lazımdır:

 

"Bu məsələdə media böyük rol oynayır. Bəzən məsələlərlə bağlı həddindən artıq informasiyaların, xüsusilə də yalan informasiyanın verilməsi fəlakət zonasında yaşayan insanların psixikasına əlavə təsir göstərir, stressin daha da artmasına səbəb olur. Eyni zamanda həmin insanlarda emosianal, psixoloji durumun daha da pisləşməsinə səbəb ola bilər. Bütün bunlar nəzərə alınmalıdır. Əsas məqsəd zərərçəkən insanların ümidli olmasına yönəlməlidir. Bunun üçün müxtəlif işlər görmək olar. Onların emosiyalarını boşaltmağa şərait yaradılmalıdır. Bütün bunların həyata keçirilməsi zəlzələdən zərərçəkən şəxslərin mənəvi cəhətdən rahatlanmasına gətirib çıxarır”.   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?