Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı aksiyalar zamanı saxlanılan şəxslər arasında azərbaycanlı olmayıb.
Bu barədə Modern.az-a Gürcüstanda yaşayan soydaşlarımız məlumat verib.
Bildirilib ki, saxlanılan və xəsarət alanlar arasında azərbaycanlı yoxdur.
Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib.
Etiraz aksiyaları zamanı 130-dan çox nümayişçi saxlanılıb.