Modern.az

Silahlı insidentlə bağlı 3 nəfər SAXLANILDI

Silahlı insidentlə bağlı 3 nəfər SAXLANILDI

Aktual

10 Mart 2023, 18:18

Bu gün paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqədar saxlanılanlar var.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

 

O bildirib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

 

"Əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır. Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək", - deyə DİN rəsmisi vurğulayıb.

Bu xəbər ilə bağlı
Bakıda 2 nəfəri güllələyən şəxs tutuldu - YENİLƏNİB
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?