Modern.az

Ərdoğan tarixi qərar verdi, düşmənlər barışır – Modern.az-ın icmalı

Ərdoğan tarixi qərar verdi, düşmənlər barışır – Modern.az-ın icmalı

Aktual

11 Mart 2023, 08:44

Mart ayının 10-cu günü Bakıda baş verən silahlı insident, Türkiyədə seçkilərin tarixinin dəqiq müəyyən olunması və digər hadisələrlə yadda qalıb.

 

Modern.az dünənin icmalını təqdim edir:

 

Ötən gün Bakıda silahlı insident baş verib. Hadisə zamanı 2 nəfər xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Prezident İlham Əliyev İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli qəbul edib. Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Dünən, həmçinin "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda brifinq keçirilib. Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, Azərbaycan məhdud su resurslarına malik coğrafiyada yerləşir: “70 faizə yaxın suyumuz transsərhəd çaylar hesabına təmin olunur. Adambaşına düşən suyun həcminə görə, ölkəmiz ilk yüzlükdə 90-cı yerdə qərarlaşıb. Su ehtiyatları baxımından isə dünyada 140-cı yerdəyik". 

 

Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatlarının 2050-ci ilə qədər 15-20% azalacağı gözlənilir. Həmçinin qeyd olunub ki, son beş il ərzində Mingəçevir Su Anbarının ehtiyatları 50% azalıb. Brifinqdə o da qeyd olunub ki, Kürdə suyun həcmi 27 faiz, Arazda 34 faiz, Samur çayında isə 21 faiz azalıb.

 

Azərbaycanın İsrailə yeni təyin olunmuş səfiri Muxtar Məmmədov "The Jerusalem Post"a açıqlamasında bildirib ki, İsrailin İrana mümkün hücumu zamanı Azərbaycandan havadan yanacaqdoldurma bazası kimi istifadə edilməsinə icazə verilməyəcək. Səfir, eyni zamanda bu ayın əvvəlində “Haaretz” qəzetinin ölkənin İranın nüvə obyektlərinə hücum etməyə qərar verəcəyi təqdirdə İsrailə yardım etmək üçün aerodrom hazırlaması ilə bağlı xəbərini təkzib edib.

 

Gürcüstan parlamentində qalmaqallı "Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuş üzrə səsverməyə çıxarılıb. Qanun qəbul edilməyib. Belə ki, layihənin lehinə 1, əleyhinə 35 deputat səs verib. Qərb dövlətləri Gürcüstanın bu qərarını alqışlasa da, Rusiya tərəfindən tənqid edilib. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" kanalında yazıb ki, xarici agentlər haqqında qanun layihəsinin geri götürülməsi ilə Gürcüstan suverenlik şansını itirib. Lavrov isə Gürcüstandakı hadisələri Kiyevdəki "Maydan" hadisələri ilə müqayisə edib.

 

Dünən həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin tarixinin irəli çəkilməsi ilə bağlı qərara imza atıb. Seçkilər 18 iyundan 14 maya keçirilib. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) seçki kampaniyasında zəlzələ ilə bağlı musiqi istifadə edilməyəcəyini açıqlayıb. Qeyd olunub ki, prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcək birinci turu nəticəsiz qalarsa, ikinci tur mayın 28-də baş tutacaq.

 

Türkiyədə zəlzələlər nəticəsində həlak olanların sayı 47 932 nəfərə yüksəlib. Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib. Nazir vurğulayıb ki, zəlzələr nəticəsində 6265 xarici ölkə vətəndaşı həyatını itirib.

 

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı hərbçisi döyüşdə həyatını itirib. Ukrayna ordusunun baş əsgəri İlkin Hacıyev iki gün əvvəl Donbas istiqamətində həlak olub.

 

Ermənistanın cənubunda içərisində məktəblilərin olduğu avtobus çaya düşüb. Qəza nəticəsində 21-dən çox sərnişin xəsarət alıb və xəstəxanaya çatdırılıb. İran və Səudiyyə Ərəbistanı isə münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər. Bildirilir ki, münasibətlərin normallaşması ilə bağlı danışıqlar Pekində aparılıb. Danışıqlar nəticəsində İran və Səudiyyə Ərəbistanı iki ay ərzində diplomatik münasibətləri bərpa etmək, səfirlik və agentlikləri açmaq barədə razılığa gəliblər.

 

Bütün bu hadisələrlə yanaşı, Almaniyanın Hamburq vilayətinin Alsterdorf şəhər ərazisində yerləşən “Yehova şahidləri” dini təşkilatının yerli mərkəzinə silahlı hücum edilib. İnsident nəticəsində 7 nəfər ölüb, 24 nəfər yaralanıb.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

Putin niyə Ukraynaya raket hücumu əmri verib? - SƏBƏB

Dövlət Departamentindən atəşkəsin pozulmasına REAKSİYA

“Ağsu Siti”nin rəhbəri buna görə həbs olunub - DETALLAR

Türkiyəli general Qarabağda antiterror əməliyyatı keçirməyə ÇAĞIRDI

Türkiyədəki zəlzələ Azərbaycanda ocaqları oyada bilər? - AÇIQLAMA

Vardanyanın xələfi Qarabağda ruslarla görüşdü - DETALLAR

700 bal vacib deyil: Təhsildə nə dəyişməlidir - TƏKLİFLƏR

Azərbaycan niyə İsraildə səfirlik açıb? - Səfirdən CAVAB

“Hacı Şahinlə bağlı bu fikirlər qəsdən dövriyyəyə buraxılır” - Deputat

İranın yalanı: Nizami fars olmayıb, bunu faktlar təsdiqləyir

Tbilisiyə zərbələr endiriləcək - Simonyan TƏHDİD etdi

Natiq Cəfərli Ədalət Vəliyevlə görüşündən danışdı: Çox maraqlı oldu...

3 nəfəri xilas edən 6 yaşlı "Juna" - FOTOLAR

Xanımlara əxlaqsız təkliflər edən 10 sürücü SAXLANILDI

Qərb Gürcüstanda iğtişaşlara “yaşıl işıq” yandırır

XİN ABŞ-ın Ermənistandakı səfirinə CAVAB VERDİ

Yüksək vəzifəli erməni məmur saxlanıldı

Hərbçimiz silahdan açılan atəş nəticəsində öldü

Gürcüstan heç vaxt “kiçik Rusiya” olmayacaq - MÜSAHİBƏ

150 illik teatra maraq varmı? - “İndiki tamaşaçını inandırmaq çətindir” – Xalq artistləri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı