Türk Dövlətləri Təşkilatının (TDT) növbədənkənar Zirvə Toplantısı keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün "Twitter" hesabında yazıb.
Görüş martın 16-da Türkiyənin paytaxtı Ankara şəhərində baş tutacaq.
Təşkilatın saytında qeyd olunub ki, Zirvə Toplantısının mövzusu Fəlakətlərin - Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım" olacaq.