Modern.az

“Muğanbank”da qanun pozuntuları - Cinayət işi açıldı

“Muğanbank”da qanun pozuntuları - Cinayət işi açıldı

Aktual

17 Mart 2023, 16:35

“Muğanbank” Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialında yol verilmiş qanun pozuntuları barədə şəhər prokurorluğunda araşdırma aparılıb.

 

Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.

 

Araşdırma zamanı sabiq filial direktoru Vüqar Əsgərovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona etibar olunan xeyli miqdarda pul vəsaitini mənimsəməsi və rəsmi sənədlərin məzmununa yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.


    
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

 

İbtidai istintaq davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!