Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko dünən Ağdamda baş verən mina partlayışında həlak olanlarla bağlı başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.
"Martın 16-da Ağdamda mina partlayışı xəbəri məni dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Avropa İttifaqı minalardan təmizləmə işlərində Azərbaycana dəstəyini davam etdirəcək”, - Mixalko qeyd edib.
Xatırladaq ki, martın 16-da Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib. Mina partlayışı nəticəsində 1999-cu il təvəllüdlü İsrail İbrahim oğlu Həsənov və 1987-ci il təvəllüdlü Amid Hüseyn oğlu Həsənov həlak olub.